“Qapının şahı!”

“Qarabağ”ın keçmiş qapıçısı Əsmir Beqoviç instaqram səhifəsində Ağdam təmsilçisində komanda yoldaşı olmuş, Azərbaycan millisinin qolkiiperi Şahruddin Məhəmmədəliyevə dəstəyini nümayiş etdirib. 

Allsport.az xəbər verir ki, İngiltərənin “Bornmut” klubunda çıxış edən 33 yaşlı bosniyalı əlcək ustası yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə matçında inamlı çıxışı ilə yadda qalan Şahruddinin fotosunu paylaşıb.

Beqoviç şəkilə Azərbaycan dilində “Qapının Şahı!” rəyini qeyd edib.

Həmin kateqoriyadan