Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib

Fevralın 22-də “Qarabağ” futbol klubunun oyunçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib. Allsport.az saytı xəbər verir ki, futbolçuya vəsiqəni gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.

Həmin kateqoriyadan