“Qarabağ Azərbaycandır!” şahmatçımızın qələbəsi ilə başa çatıb

“Qarabağ Azərbaycandır!” beynəlxalq onlayn şahmat tuniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Təhsil” respublika idman mərkəzinin təşkilatçılığı, təhsil nazirliyi və şahmat federasiyasının dəstəyi ilə keçirilən yarışda 33 ölkədən 160 nəfər mübarizə aparıb.

Dünyanın 17 yaşadək top şahmatçılarının da qatıldğı turnirdə 5 qrossmeyster, 10 beynəlxalq usta, 17 FİDE ustası, 26 ustalığa namizəd iştirak edib. Final mərhələsində 11 oyundan 8,5 xal toplayan Xəzər Babazadə hamıdan güclü olub.

2-ci yeri 17 yaşadək şahmatçılar arasında dünyanın ən yüksək reytinqlisi – özbəkistanlı Nadirbəy Abusəttarov tutub. 3-4-cü yerləri eyni xal toplayan belaruslu Denis Lazavik və həmyerlimiz Əhməd Əhmədzadə bölüşdürüblər. Əlavə əmsallara görə Denis 3-cü, Əhməd isə 4-cü olub.

Həmin kateqoriyadan