- Baxış sayı: 38
- 06 May 2024 11:30
- Baxış sayı: 92
- May 03, 2024
- 0
Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan çempionu “Qarabağ”la İtaliya “İnter”i arasındakı oyun öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, dekabrın 10-da 18:00-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.
Ağdamlıların oyun öncəsi məşqi isə 18:30-da başlayacaq.
“İnter”in baş məşqçisi Roberto Mancini 20:00-da mətbuat konfransına çıxacaq. İtalyanların məşqi isə 20:30-da start götürəcək.
Xatıradaq ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da başlayacaq.