- Baxış sayı: 32
- 22 Yanvar 2025 19:38
- Baxış sayı: 189
- Yanvar 19, 2025
- 0
Azərbaycan çempionu “Qarabağ” ispaniyalı futbolçu ilə güclənməyə hazırlaşır. Allsport.az xəbər verir ki, bu, ispaniyalı futbolçu Daniel Kintana Sosadır.
O, yaxın günlərdə Ağdam klubunun düşərgəsinə qoşulacaq. Amma müqavilənin detalları bəlli deyil. İspaniyalı yarımmüdafiəçi azad agent statusu daşıyır.
Qeyd edək ki, 28 yaşlı futbolçu yalnız növbəti mövsümdən “Qarabağ”a kömək edə biləcək. Çünki bu mövsüm o, artıq iki komandada çıxış edib. Bunlardan birincisi Polşanın “Yaqelloniya”, digəri isə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”dir.
Kintana karyerası ərzində İspaniyanın “Valensiya” klubunun B komandasında, “Puçol”, “Ontinyent”, “Alzira”, “Rasinq”, “Hurakan”, “Olimpik Xativa”, “Ximnastik” kollektivlərində də çıxış edib.