“Qarabağ” məşqlərə başladı

Premyer Liqanın 27-ci turunda “İnter”i qəbul edəcək “Qarabağ” oyun öncəsi məşqlərini bərpa edib. Allsport.az xəbər verir ki, Ağdam klubu ilk məşqini ötən gün bazasındakı meydanda həyata keçirib.

Məlum olduğu kimi, martın 28-də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə qarşılaşacaq milli komandamızın düşərgəsində olan “Qarabağ”ın üzvləri – Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, Namiq Ələsgərov, Cavid Tağıyev və Maksim Medvedev komanda ilə birgə məşq etmir. Eyni zamanda Ansi Aqolli və İbrahim Şehiç də öz milli komandalarının düşərgəsinə yollanıblar. Belədə komanda 9 əskiklə hazırlaşır.

Həmin kateqoriyadan