“Qarabağ” məşqlərə davam edir

Premyer Liqanın 24-cü turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” bu oyuna hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, Ağdam klubu oyun öncəsi məşqlərini bazadakı meydanda həyata keçirəcək.

Bu gün komandanın bir məşqi olub. Məlum olduğu kimi, hazırda Antalyada təlim-məşq toplanışında olan millimizdə “Qarabağ”ı Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov və Namiq Ələsgərov təmsil edir. Bu üzdən ağdamlılar 6 əksiklə hazırlaşır.

Qeyd edək ki, fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu 17:00-da başlayacaq.

Həmin kateqoriyadan