YENİLƏNİB
“Qarabağ” Yuri Syominin komandasına qol vura bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası beşinci sınağında Rusiyanın “Mordoviya” klubu ilə qarşılaşaşıb.

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı bu komanda ilə görüş Bakı vaxtı ilə saat 13:00-da start götürüb. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesan açılmayıb – 0:0.

Qeyd edək ki, “Qarabağ” bundan öncə Xorvatiyanın “Split” (1:3) və Bolqarıstanın “Levski” (0:3) klublarına uduzub, İsveçrənin “Sürix” komandası (1:1) ilə sülh bağlayıb, Polşa “Legiya”sına isə qalib gəlib – 2:0.

Yoxlama oyunu
29 yanvar

“Qarabağ” – “Mordoviya” – 0:0 

 

 

Həmin kateqoriyadan