Derbidə “Qarabağ” güldü, “İnter”lə “Simurq” xal itirdi

Bu gün Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan milli komandalarının təlim-məşq toplanışı ilə əlaqədar yaranacaq qısa fasilə ərəfəsində turun matçları eyni gündə baş tutub. “Bakı”nın istirahət edəcəyi turun mərkəzi oyunu isə bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” arasında olub.

Günün ilk oyunu AzAL və “İnter” arasında baş tutub. Paytaxt derbisi heç-heçə başa çatıb.

Növbəti görüş Zaqatalada keçirilib. Burada “Simurq” və “Sumqayıt” üz-üzə gəlib. Bu oyunda da tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.

Üçüncü dövrənin ən uğursuz komandalarından olan “Qəbələ” ilə “Xəzər Lənkəran” bu tur bir-biri ilə qarşılaşıb. Matçda hesabı qonaqlar açsa da, ikinci yarıda üç qol vuran meydan sahibləri əzmkar qələbəyə sebiniblər.

Nəhayət, turun mərkəzi oyununda “Neftçi” və “Qarabağ” münasibətlərinə aydınlıq gətirib. Azərbaycan derbisində son dəqiqələrdə vurulan qol son çempiona qələbə gətirib. Nəticədə, Qurban Qurbanovun komandası liderliyini daha da möhkəmləndirib.

Topaz Premyer Liqası
23-cü tur
19 fevral

AzAL – “İnter” – 1:1 (1:1)
Qollar: F.Mombonqo, 1 (1:0). J.Nildo, 18 (1:1).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
Bakı. “AzAL Arena”.

AzAL: 16. Stanislav Namaşko, 15. Oskar Klava, 18. Orxan Lalayev (k), 22. Eltun Yaqublu, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 10. Nicat Qurbanov, 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov.
Baş məşqçi: Tərlan Əhmədov.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 10. Elvin Məmmədov, 12. Junior Nildo, 17. Məhəmməd Mirzəbəyov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Sxadadze.

“Simurq” – “Sumqayıt” – 1:1 (1:1)
Qollar: M.Qurbanov, 38 (0:1). D.Çeran, 45+1 (1:1).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 22. Cihan Özkara, 26. Benjamin Lambot.
Baş məşqçi: Georgi Çixradze.
“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev, 95. Samir İbrahimov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.

“Qəbələ” – “Xəzər Lənkəran” – 3:1 (0:1)
Qollar: S.Tounkara, 35 (0:1). E.Ehiosun, 48 (1:1). R.Abışov, 77 (2:1). Ü.Abbasov, 90+3 (3:1).
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 12. Aleksandru Benqa, 16. Ruslan Tağızadə, 18. Ruslan Fomin, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 34. Elnur İsmayılov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 8. Elşən Rzazadə, 9. Bəhruz Teymurov, 42. Kamran Abdullazadə, 96. Anar Babazadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.

“Neftçi” – “Qarabağ” – 0:1 (0:0)
Qol: Reynaldo, 90 (0:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardoso, 3. Denis Silva, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 22. Rauf Əliyev, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 11. Nikolas Kanales, 17. Rəhman Hacıyev, 21. Samir Məsimov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.

Bombardirlər:
10 – Nurlan Novruzov (“Bakı”), Draqan Çeran (Simurq).

Həmin kateqoriyadan