“Qarabağ” sindromu qırdı

Azərbaycan çempionu “Qarabağ” “Simurq”la oyunlardakı uğursuz seriyanı qırıb. Allsport.az xəbər verir ki, Zaqatala təmsilçisi ilə son 4 səfər oyununda nəinki qələbə qazana, heç qol da vura bilməyən Ağdam təmsilçisi Topaz Premyer Liqasının 14-cü turunda səfərdə 3:2 hesabı ilə qalib gəlib.

2011-ci il oktyabrın 21-də 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun komandası 1105 gündən sonra rəqibini səfərdə məğlub edib. Bu müddətdə iki dəfə qolsuz heç-heçəyə, iki dəfə 0:1 hesablı məğlubiyyətə üzülən Ağdam təmsilçisinin Zaqataladakı son qolunu həmin matçın 61-ci dəqiqəsində Rauf Əliyev vurmuşdu. İlqar Qurbanovun 23-cü dəqiqədəki qoluna qədər “Qarabağ” 412 dəqiqə meydan sahiblərini məyus edə bilməmişdi.

Tarixində yalnız 1 dəfə “Simurq”la matçda 3 qol vuran ağdamlılar 2010-cu il oktyabrın 17-dəki ev oyununda da 3:2 hesabı ilə qalib gəmişdi. Bundan 1474 gün sonra “Qarabağ” “Simurq”u 3 qolla məyus etdi.

Həmin kateqoriyadan