- Baxış sayı: 30
- 03 İyun 2023 19:03
- Baxış sayı: 22
- İyun 04, 2023
- 0
“Qarabağ” “Sumqayıt”la oyunun hazırlığına başlayıb. Allsport.az xəbər verir ki, ağdamlılar Premyer Liqanın 26-cı turunun qarşılaşması üçün bu gün tam heyətlə məşqlərə başlayacaq.
Baş məşqçi Qurban Qurbanov ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bakı”yla qarşılaşmadan sonra komandaya 1 günlük istirahət vermişdi. Bu gündən isə komanda sumqayıtlılarla görüşə hazırlaşacaq.
Bu günə komandanın 1 məşqi nəzərdə tutulub. “Qarabağ” 16:30-da günün yeganə çalışmasına çıxacaq.
Martın 18-də, Sumqayıtda baş tuatacaq qarşılaşmanın başlama saatı da müəyyənləşib. “Kapital Bank Arena”dakı görüş 16:00-da start götürəcək.