- Baxış sayı: 54
- 06 Noyabr 2026 23:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan “Qarabağ”ın hazırlıq planı bəlli olub. Allsport.az xəbər verir ki, bu barədə qol.az saytına klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Komanda yanvarın 10-da Türkiyənin Antalya şəhərində hazırlığa start verəcək. “Qarabağ” Bələk bölgəsində yerləşən “İC Santai” otelində məskunlaşacaq. Hazırlıq 21 gün çəkəcək. Komanda fevralın 2-də vətənə dönəcək.
Ağdam təmsilçisi bu müddət ərzində Antlayada 6 yoxlama oyunu keçirəcək. Artıq bəzi klublarla danışıqlar aparılır. Yoxlama matçları 17 yanvar – 1 fevral aralığında keçiriləcək.