“Qarabağ”ın oyunlarına təyinatlar

Konfrans liqasında mübarizəsini davam etdirən “Qarabağ”ın 3-cü təsnifatda Kiprin AEL klubuna qarşı oyunlara təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, avqustun 5-də səfərdə oyunu İsveçdən, bir həftə sonra Bakıdakı matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcəklər:

AEL (Kipr) – “Qarabağ”
5 avqust. AEK Arena. Saat 21:00
Baş hakim: Qlenn Nyuberq
Baş hakimin köməkçiləri: Mahbod Beygi, Andreas Söderkvist
4-cü hakim: Boyan Panciç(Hakimlər briqadası İsveçdəndir)

“Qarabağ” – AEL
12 avqust. Tofiq Bəhramov adına respublika stadionu. Saat 20:00
Baş hakim: Kristo Tover
Baş hakimin köməkçiləri: Silver Koyv, Step Klaasen
4-cü hakim: Karl Koppel (Hakimlər briqadası Estoniyadandır)

Həmin kateqoriyadan