Qax olimpiadası başa çatdı

Qaxda 16 yaşadək yeniyetmələrin respublika şahmat olimpiadası keçirilib.

Allsport.az xəbər verir ki, Qax olimpiya idman kompleksində təşkil olunan olimpiadanın “A” qrupunda 262, “B” qrupunda isə 224 şahmatçı olmaqla ümumilikdə 45 rayon (şəhər) təşkilatından 486 şahmatçı qalib adı uğrunda mübarizə aparıb.

Beləliklə Bahar Cəfərova, Fərid Sadıqzadə (8 yaşadək), Mehriban Əhmədli, Nihad Məmmədov (10 yaşadək), Səadət Bəşirli, Murad Rzayev (12 yaşadək), Məryəm Ağaverdiyeva, Elçin Şəkərəliyev (14 yaşadək), Ayan Hüseynli və İslam Hacıəliyev (16 yaşadək) birinci yeri tutub.
Müxtəlif yaş kateqoriyalarında Mehri Fətullalı, Məhəmməd Kazımzadə, Leyla Hümbətli, Tunar Qarayev, Əsnad Vəliyeva, Əhməd Hüseynov, Aliyə Mahmudova, Yunis Mahmudzadə, Fidan Təhməzova, Niyazi Qafarov ikinci yerə layiq görülüb.

Mehin Məstiyeva, Mirzəli Hüseynov, Xədicə Babazadə, Kamran Babayev, Nuray Məmmədli, Hüseyn Qurbanov, Nəcibə Quluyeva, Nihat Şıxəhmədi, Leyla Budaqova, İlqar Məmmədov yarışı üçüncü pillədə başa vurub.


“A” qrupunda komanda hesabında Gəncə 2№ UGİŞM birinci olub. “B” qrupunda isə 3 nömrəli RİOEUGİŞM ilk pillədə qərarlaşıb.
Yarışın son günündə turnirin bağlanış mərasimi baş tutub. Qalib və mükafatçılara diplom və medallar təqdim edilib.

Həmin kateqoriyadan