Qaxda qızlar arasında şahmat turniri və ustad dərsləri

Qax olimpiya idman kompleksində Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, təhsil nazirliyi, gənclər və idman nazirliyi, şahmat federasiyası və “Nəfəs” insanlığa dəstək ictimai birliyinin təşkilatçılığı ilə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan qızlar arasında (170 nəfər) şahmat üzrə turnir və ustad dərsləri keçirilib.

Allsport.az saytı xəbər verir ki, master klasda beynəlxalq qrossmeysterlər Aynur Sofiyeva, ZeynəbTürkan Məmmədyarovalar iştirak edib. Tədbir qızlar arasında intellektual oyunlara marağın təşviqi, analitik düşünmə qabliyyətinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıyır.

Həmin kateqoriyadan