“Qazax-Zirvə”nin ağırlıqqaldıranı dünya çempionatında mübarizə aparıb

Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan milli komandasının daha bir üzvü yarışlarda iştirak edib. “Qazax-Zirvə”ni təmsil edən Elnarə Abbasova (63 kq) “C” qrupunda birdən qaldırmada 80 kq, təkanla 105 kq çəkinin öhdəsindən gələrək, toplamda 185 kq nəticə göstib. Onun yekun sıralamadakı yeri bütün qruplarda yarışlar başa çatandan sonra məlum olacaq.

Həmin kateqoriyadan