DÇ-2014
“Qazax-Zirvə”nin nümayəndəsi 8-ci olub

Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldıranlar arasında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərində körpücük üzərinə bu dəfə qadın idmançılarımız çıxırlar. Onlardan ilk olaraq Gülçin Əlizadə qüvvəsini sınayıb.

“Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi 53 kq çəki dərəcəsinin “C” qrupunda çıxış edib. O, birdən qaldırma hərəkətində 70, təkanla qaldırma hərəkətində 90 kq nəticə göstərib. Əlizadə toplamda 160 kq-la qrupunda 8-ci yeri tutub.

Onun yekun sıralamadakı yeri bütün qruplarda mübarizə başa çatandan sonra məlum olacaq.

Həmin kateqoriyadan