“Qırılma nöqtəsi 63-cü dəqiqədə oldu”

“Bugünkü oyundakı kimi motivasiya ilə cavab görüşünə çıxacağıq. Azarkeşlərə müraciət edirəm: Sizin dəstəyinizə ehtiyacımız var. Bu rəqibi keçmək ümidi ilə cavab görüşünü gözləyirəm. Bu matçadək inam necə idisə, indi daha da artdı. Bir oyun yetərli deyil, cavab görüşünü də gözləyək”.

Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov çempionlar liqasının 2-ci ələməsinin ilk oyununda Yunanıstanda “Olimpiakos”a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis hər şeyin cavab matçında bilinəcəyini qeyd edib:

Qırılma nöqtəsi 63-cü dəqiqədə Mərd Çəlikin qırmızı vərəqə alması oldu. Əslində, rəqib 43-cü dəqiqədə azlıqda qaldıqdan sonra futbolçularında inam yaranmışdı. Lakin futbolçu sayında bərabərlik yarandıqda, “Olimpiakos”a hücumlara açılmaq imkanı qazandı”.

Həmin kateqoriyadan