Qitə birinciliyinə 44 şahmatçı ilə

Sentyabrın 4-də Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların Avropa çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 8, 10,12,14, 16 və 18 yaş kateqoriyalarında Avropan ın ən yaxşı şahmatçıları müəyyənləşəcək.

Qitə yarışında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Rumıniyada 44 şahmatçımız medallar uğrunda mübarizə aparacaq. Heyətdə Azərbaycan birinciliyi və “Baku Open” turnirində fərqlənən şahmatçılar, perspektivli yeniyetmələr, Landau Məktəbində seçilən uşaqlar yer alıb.

Onlarla məşqçilər Fərid Abbasov, Raul Quliyev, Samir Cavadzadə və Fikrət Sideifzadə səfərə yollanacaq.
Yarış sentyabrın 15-də yekunlaşacaq.

Həmin kateqoriyadan