“Qranada” Eddi İsrafilovun yoxluğunda məğlubiyyətlə üzləşdi

İspaniya La Liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası – “Qranada” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddinin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Qranada” hazırda 22 xalla 19-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan