Qriqorçuk Kramarenkodan da imtina etdi

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk komandada islahatlara başlayıb. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis qapıçılarla çalışan məşqçi Dmitri Kramarenko ilə işləmək istəməyin.

Qeyd edək ki, daha öncə həm Kramarenkonun, həm də Sənan Qurbanovun Qriqorçukun məşqçilər korpusunda yer alacağı bildirilirdi. Lakkin göründüyü kimi, ukraynalı mütəxəssis millimizin sabiq qapıçısına etimad göstərməyib. Qurbanovun eyni aqibətlə üzləşməsi də istisna deyil. Çünki Qriqorçuk bir neçə dəfə Ukrayna mətbuatına açıqlamasında Odessa “Çernomorets”indəki bütün köməkçilərini “Qəbələ”yə gətirməkdə maraqlı olduğunu açıqlayıb.

Sənanın aqibəti bəlli olmasa da, artıq Kramarenkonu kimin əvəzləyəcəyi bəllidi. Bu, vaxtilə Qriqorçukla bir yerdə “Çernomorets”də çalışmış Andrey Qluşenkodur. Onun 40 yaxşı var. Futbolçu karyerası ərzində ölkəsinin “Torpedo”, “Zvezda”, “Metallurq”, “İliçevest” kimi klublarında çıxış edib. Ukrayna çempionatında meydana çıxdığı 230 matça qapısından 324 top buraxıb. Qapıç məşqçisi kimi isə “Çernomerets”dən əvvəl 2009-cu ildə “Metallurq”da çalışıb.

Həmin kateqoriyadan