Qrupumuzda Portuqaliya Lüksemburqa çətinliklə qalib gəldi

DÇ-2022-nin seçmə mərhələ oyunları keçirilir. Allsport.az xəbər verir ki, “A” qrupunda qərarlaşan Portuqaliya millisi səfərdə Lüksemburqla qarşılaşıb və 0:1 hesabı ilə geri düşdüyü matçda çətin qələbə qazanıb – 3:1.

Portuqaliya qələbə sayəsində xallarını 7-yə yüksəldib. Qrupun digər oyununda millimiz evdə Serbiyaya boyun əyib – 1:2. Serblər də xallarını 7-yə çatdırıb.

Lüksemburqun 3 xalı var. Azərbaycan və İrlandiya xal qazanmayıb.

Həmin kateqoriyadan