Qubada ilk dəfə 100 lövhədə seans keçirildi

ÜmummillilLider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlərə start verilib.

Allsport.az xəbər verir ki, Azərbaycan respublikası gənclər və idman nazirliyi, Azərbaycan şahmat federasiyasının təşkilatçılığı ilə Qubada ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.
Seansda müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionu olan şahmatçılar – Zeynəb Məmmədyarova, Abdulla Qədimbəyli, Aydın Süleymanlı və Məhəmməd Muradlı iştirak edib.
İki saatdan çox davam edən seansın 18 oyununda heç-heçə qeydə alınıb. 82 görüş beynəlxalq qrossmeysterlərin qələbəsi ilə başa çatıb.
Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.

100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda paytaxt Bakıda və digər regionlarda da təşkil olunacaq.

Həmin kateqoriyadan