- Baxış sayı: 85
- 04 May 2026 21:14
- Baxış sayı: 120
- May 04, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Beyləqan, Bərdə, İsmayıllı, Gədəbəy və Naftalandan 200-dən artıq atlet iştirak edib.
Kişilər arasında 10 km məsafəyə qaçışda Bəxtiyar Əsgərli (Bərdə) ölkə çemponu olub. 6 km-də Valeri Qrubski (İsmayıllı), 3 və 2 km-də isə müvafiq olaraq İsgəndər Əsgərov (Gəncə) və Namiq Babayev (Naxçıvan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-də Leyla Abduləzizova, 2 və 1 km məsafələrdə isə digər paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıblar.