Qurban Qurbanov: “3 xal qazanmağımıza şadam”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox maraqlı oyun oldu. Meydanda 90 dəqiqə mübarizə gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. Futbolçularımı təbrik edirəm. “Simurq” barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. 3 xal qazanmağımıza şadam. Turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.

Həmin kateqoriyadan