Qurban Qurbanov: “Oyundan razı qaldım”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Futbol üçün, fanatlarımız üçün çox darıxmışdıq. Bu oyuna çox ciddi hazırlaşmışdıq. İlk oyunlarda çatışmazlıqlar olur. Həmçinin, bizdə də boşluqlar var idi. Amma ümumilikdə oyunumuzdan razı qaldım. Çox vacib qələbə qazandıq. “Bakı” klubuna uğurlar arzulamaq istəyirəm. Qarşıda bizi ciddi bir sınaq gözləyir. AZAL son vaxtlar çox gözəl oyun nümayiş etdirir. Sona kimi döyüşən komandadır. Onlara qarşı ciddi hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan