- Baxış sayı: 41
- 17 İyul 2025 16:58
- Baxış sayı: 220
- İyul 17, 2025
- 0
İyunun 11-də Budapeştdə beynəlxalq cüdo federasiyasının (BCF) konqresi keçirilib.
Allsport.az xəbər verir ki, nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.
Konqres çərçivəsində 2025–2029-cu illər üçün BCF-nin icraiyyə komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev icraiyyə komitəsinin üzvü seçilib.