Rəcəbov 370 minlik turnirə qatılacaq

Yanvarın 24-30-da Moskvada “Şahmat Ulduzları-2023” beynəlxalq turniri keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə qrossmeysterimiz Teymur Rəcəbov da iştirak edəcək.

Yarışın mükafat fondu 15 000 000 rubl (təxminən 370 000 manat) olacaq.

Turnirdə Sergey Karyakin, Aleksandr Qrişuk, Sənan Syugirov, Vladsilav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) da iştirak edəcəklər.

Həmin kateqoriyadan