Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun final mərhələsində V turun görüşləri keçirilir.

Allsport.az xəbər verir ki, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

1-ci, 3-cü və 4-cü partiyalarda heç-heçə edən Rəcəbov 2-ci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra 3-cü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin 4-cü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub – 1,5:2,5.

Həmin kateqoriyadan