Rəcəbov finala adlaya bilmədi

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov  bu mərhələdə Maqnus Karlsenlə yenidən üz-üzə gəlib.

Rəcəbov ilk oyun günündə norveçli rəqibi ilə  2:2 hesablı heç-heçə etsə də, ikinci gündə uduzub – 1:3.

Digər yarımfinal görüşündə isə  Uesli So (ABŞ)  Yan Nepomnyaşiyə (Rusiya) qalib gəlib – 2:1

Finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan