Rəcəbov finala yüksələ bilmədi

Teymur Rəcəbov çempionlar turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirib. Allsport.az xəbər verir ki, 33 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Sonun müqavimətini qırmağa çalışıb.

İlk oyun günündə rəqibinə 1.5:2.5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı idi. Amma ilk iki partiyada heç-heçə edən həmyerlimiz 3-cü görüşdə məğlub olduğundan 4-cü qarşılaşmaya ehtiyac qalmayıb. Yekunda 1:2 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq fürsətini qaçırıb.

O, bu gün 3-cü yer uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan