Rəcəbov Giri ilə sülh bağladı

Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin 1/4 finalında Niderland təmsilçisi Aniş Giri ilə 4 partiyadan ibarət birinci matçda mübarizə aparıb. Allsport.az xəbər verir ki, ilk iki partiyada rəqibi ilə heç-heçə edən şahmatçımız üçüncü partiyada inamlı qələbə qazanıb.

Sonuncu partiyada rəqibinə məğlub olması ilə hesab bərabərləşib.

1/4 final mərhələsi iki matçdan ibarətdir. Turnir fevralın 14-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 100 min ABŞ dollarıdır ki, onun da 30 minini qalib alacaq.

“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Həmin kateqoriyadan