Rəcəbov 2-ci, Məmmədyarov sonuncu oldu

Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun final mərhələsi başa çatıb. Allsport.az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb – 2,5:0,5. O, turniri 2-ci yerdə bitirib.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu – 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.

Çempionlar turunun qalibi Maqnus Karlsen olub.

Həmin kateqoriyadan