Rəcəbov ilk günü qalib başa vurdu

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun 3-cü mərhələsi – “Opera Euro Rapid” davam edir. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov üçüncü yer uğrunda fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb.

Təmsilçimiz bu rəqibi ilə ilk gündəki duellərdən qalib ayrılıb. Tərəflər bu gün dörd görüş keçiriliblər. İlk partiyada heç-heçə qeydə alınıb. Növbəti partiyada Rəcəbov ağ fiqurlarla qalib gəlib. Lakin üçüncü dueldə Vaşye-Laqrav üstün olub. Bununla belə, Azərbaycan təmsilçisi dördüncü qarşılaşmada rəqibini təslim edərək, günü 2.5:1.5 hesablı üstünlüklə başa vurub.

Teymur fevralın 14-də Maksimlə daha dörd görüşdə üz-üzə gələcək. İkinci oyun günündə Rəcəbov ən azı heç-heçəyə nail olsa, turnirin bürünc medalına sahib çıxacaq.

Norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib – 2:2.

Həmin kateqoriyadan