Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi

Beynəlxaq şahmat federasiyası aprel ayı üçün reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki mövqeyini qoruyub.

Şəhriyar Məmmədyarov (2764) 1 pillə geriləyərək 11-ci yerdə qərarlaşıb. Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 91-ci pillədə qərarlaşıb.

Siyahıya norveçli qrossmeyster Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, çinli şahmatçı Dinq Liren (2 791) 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə (2443 xalla) 29-cu, Gülnar Məmmədova (2 371) 77-ci pillədə yer alıb. Qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sıraya yüksəlib.

Həmin kateqoriyadan