Rəcəbov erməni, rus və iranlıya qarşı

Rəcəbov erməni, rus və iranlıya qarşı

Bu gün Parisdə Teymur Rəcəbovun da qatılacağı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi start götürəcək. Allsport.az xəbər verir ki, turnir iştirakçıları 3 gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.

Şahmatçımız bu gün ilk qarşılaşmasını Levon Aronyana (Ermənistan) qarşı keçirəcək. Sonrakı görüşlərdə Maksim Vaşe-Laqrav (Fransa), Alireza Firuzca (İran) ilə üz-üzə gələcək.

Turnirdə şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi – ABŞ), Maksim Vaşe-Laqrav, Etienne Bakrot (Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik, Peter Svidler (Rusiya) və Əlirza Firuzca (İran) iştirak edirlər.

Həmin kateqoriyadan