Rəcəbov Nepomnyaşi ilə sülhə razılaşdı

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin birinci dövrəsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Teymur Rəcəbov 3-cü yer uğrunda Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə görüşüb.

Qarşılaşma heç-heçə ilə başa çatıb. Turnirin qalibi adı uğrunda Maqnus Karlsenin ABŞ şahmatçısı Uesli So ilə görüşü də heç-heçə ilə yekunlaşıb.

Həmin kateqoriyadan