Rəcəbov uddu, Məmmədyarov uduzdu

Ötən gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “champions chess tour”un final mərhələsinin 6-cı turunun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, bu turda Azərbaycan təmsilçiləri ABŞ şahmatçıları ilə qarşılaşıblar. Teymur Rəcəbov Uesli Soya 3:1 hesabı ilə qalib gəlib. Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə qarşılaşmada məğlub olub (3:4).

Hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Hazırda təmsilçimiz T.Rəcəbov 18 xalla 3-cü sıradadır. Ş.Məmmədyarov isə 6,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinin lideri 28,5 xalla Maqnus Karlsendir.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır

Həmin kateqoriyadan