Rəcəbov və Məmmədyarov çempionlar turunda

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun 4-cü mərhələsində iştirak edəcək şahmatçıların adları açıqlanıb. Allsport.az xəbər verir ki, turnirdə 16 şahmatçının iştirak nəzərdə tutulub.

Bunlardan 14-nün adı artıq məlumdur. Ölkəmizi Teymur Rəcəbov və ilk dəfə Şəhriyar Məmmədyarov təmsil edəcəklər.

Digər iştirakçılar Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan), Alireza Firuzcadır (FIDE).

İkin mərhələ oyunları 13-15 martda, 1/4 final görüşləri 16-17 martda, yarımfinallar 18 – 19 martda, final partiyaları isə 20-21 martda gerçəkləşəcək.

Martın 13-də start götürəcək əsas mərhələnin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq.

Həmin kateqoriyadan