Rəcəbov yarımfinalda

Teymur Rəcəbov çempionlar turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib. Allsport.az xəbər verir ki, 33 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma ilk gündə olduğu kimi, heç-heçə yekunlaşıb – 2:2. Yarımfinala vəsiqənin sahibi isə tay-breykdə bəlli olub. Burada rəqibinə 1.5:0.5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə vəsiqəni təmin edib.

Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşü norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav arasında baş tutacaq.

Yarımfinal qarşılaşmaları fevralın 11-12-də keçiriləcək.

Həmin kateqoriyadan