- Baxış sayı: 92
- 07 Avqust 2026 11:54
- Baxış sayı: 204
- Avqust 05, 2026
- 0

Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin ikinci yarış günündə 5 görüşdə mübarizə aparıb. Allsport.az xəbər verir ki, o, Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Qujrati Vidit Santoş (Hindistan) və Daniil Dubovla (Rusiya) qarşılaşmaları heç-heçə ilə başa vurub.
Rəcəbov 5,5 xalla ümumi hesabda 5-7-ci yerləri bölüşür. Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 7 xalla turnir cədvəlində liderliyini davam etdirir.
“Champions Chess Tour” şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir.