Rəcəbovla Məmmədyarov Karlsendən dəvət almadı

Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen onlayn turnir təşkil edəcək. Allsport.az xəbər verir ki, aprelin 18-də start götürəcək yarışda dünya reytinqində ilk 8-likdə yer alan qrossmeysterlər qatılacaq.

Maqnus Karlsen, Fabiano Karuana (ABŞ), Liren Dinq (Çin), Yan Nepomnyaşi (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ) turnirin iştirakçıları olacaq. 7 dövrədən ibarət olacaq turnir dairəvi sistem formatında təşkil baş tutacaq.

Onlayn yarışın mükafat fondu 250 min ABŞ dollarıdır.

Beynəlxalq şahmat federasiyasının aprel ayının 1-nə olan reytinq siyahısında Teymur Rəcəbov 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci sırada qərarlaşdıqları üçün bu turnirə dəvət almayıblar.

Həmin kateqoriyadan