“Rəqibin “h6″ gedişini bilməməyindən məharətlə istifadə etdim”

“Bu gün Karo-Kann müdafiəsində üstünlük verdim. Başlanğıcda gözlənilməz gediş etdim. 10 il öncə bu variantla uduzmuşdum. Ona görə bu dəfə daha ehtiyatlı davrandım”. Allsport.az saytı xəbər verir ki, bunu Dünya Kubokunun 1/16 finalında hindistinlı rəqibi Sethuraman Panayapana ilk görüşdə qalib gələn Şəhriyar Məmmədyarov deyib.

Qrosssmeyster bildirib ki, belə halda rəqib debütdə “h6” oynamalı idi. Amma o bunu etmədi və belədə, üstünlük qazandım. Sitat: “Matçın sonuna yaxın üstünlük qazandım. Bunu qələbəyə çevirmək üçün dəqiq gedişlər etməli idim. Bu üzdən 50 dəqiqə fikirləşməli oldum. Partiyadan sonra rəqiblə oyunu müzakirə edəndə, dedi ki, bu vəziyyətləri görməyib. Demək, boşuna vaxtımı almışam (gülür). Endşpildə tutarlı gedişlər edərək, qalib gəldəyi üçün çox sevinirəm”.

Həmin kateqoriyadan