“Rəqiblər “Bakı”nı favorit görmürdülər, amma biz əksini sübut etdirdik”

Ötən həftəsonu Şağan olimpiya idman kompleksində həndbol üzrə kişilərin superliqasının 9-cu turunda “Bakı” klubu yüksək yerlərə iddialılardan “İdman akademiyası-18”ə qalib gələrək, sona 1 oyun qalmış ölkə çempionluğunu özünə təmin edib. Allsport.az saytına açıqlamasında, komandanın gənc baş məşqçisi Eldar Fərəcov bunu deyib:

“Cari mövsüm maraqlı keçdi. İlk turlardan məlum oldu ki, güclər bərabərdir və hansı klubun çempion olacağı ancaq son oyunlarda bilinəcək. Hər komanda 1 yerə iddialı idi. Rəqiblər “Bakı”nı favorit görmürdülər, amma biz əksini sübut etdirdik. Fürsətdən istifadə edib, federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Onlar məşqləri keçmək üçün hər şərait yaratdı.

Bizə gəldikdə, ilk gündən mövqe dəyişikliyi etdik, ciddi nizam-intizam yatardıq. Komandanın heyətində xeyli gənc oyunçu vardı və onların üzərində böyük iş aparmışıq. Koməkci-məşqçi Sabir Nəzərəliyev çox əmək sərf edib. Nəticədə, cavanlardan bir neçəsi yığmaya baxılışa çağırılıb.

Klubda çoxlu iş aparılıb. Bunun məntiqi sonluğu kimi 1-ci yerə sahib olduq. Bindan sonra da gənc həndbolçuların seviyyəsini artırmaq üçün çalışacağıq. “Bakı” bu ilin çempionudur və buna görə bütün komanda üzvlərinə öz adımdan təşəkkür edirəm. Allah qoysa, qarşıdakı hədəf avrokubokdur”.

Həmin kateqoriyadan