Rəşad Əbdürrəhmanov: Bu yarışlarda xeyli üzgücü diqqətimizi çəkdi

Su idmanı sarayında Bakı və Sumqayıt üzgüçüləri arasında yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, birincilikdə 2008-2012-ci il təvəllüdlülər çıxış ediblər. 150-ə yaxın idmançının qatıldığı sınaqda 400 metr kompleks üzmədən başqa, bütün olimpiya məsafələrində mübarizə olub. Millinin baş məşqçısı Rəşad Əbdürrəhmanov, bu yarışı yüksək dəyərləndirib:

“Bu kimi yarışların təşkili çox vacibdir. Belə birinciliklərdə xüsusi qabiliyyəti və bacarığı olan idmanşıların aşkar edilməsi və gələcəkdə onların milli komandanın tərkibinə salınması üçün planlı işlərin aparılmasına şərait var.

Hesab edirəm ki, bu yarışlarda xeyli sayda öz nəticələri ilə məşqçilər heyətinin diqqətini çəkən üzgüçülər oldu. Gələcəkdə həmin idmançılarla işlərimizi davam etdirməyi nəzərdə tuturuq”.

Həmin kateqoriyadan