Rəşad Hüseynov: “Gələn çempionat da mükafatlar uğrunda mübarizə aparacağıq”

Şağan olimpiya idman kompleksində kişi həndbolçuların ölkə çempionatına yekun vuruldu. Allsport.az  xəbər verir ki,6 komandanın mübarizə apardığı gərgin rəqabətdə U-16 superliqanın bürünc müdallarını qazandı. Komandanın baş məşqçisi Rəşad Hüseynov saytımıza açıqlamasında, uğura gedən yoldan danışdı:

“Əvvəlkilərlə müqayisədə, bu dəfə çempionat çox maraqlı keçdi. Demək olar, bütün klublar eyni səviyyədə idi. Sadəcə, pandemiyadan sonra uşaqlarda fiziki hazırlıqda çatışmmazlıqlar vardı. Superliqanın gedişində, o da müəyyən dərəcədə aradan qalxdı. Bizim komanda əsasən yeniyetmələrin üzərində qurulub.

Onlara dəstək üçün təcrübəli həndbolçular qoşulmuşdu. Bu da rəqabət zamanı öz sözünü dedi. Federasiyamıza, köməkçim Rövşən Hüseynova, məşqçi-oyunçu Üzeyir Səlimova təşəkkürümü bildirirəm. Komanda üzvlərini təbrik edir, onala uğurlar arzulayıram. Allah qoysa, gələn çempionat da mükafatlar uğrunda mübarizə aparacağıq.”

Həmin kateqoriyadan