- Baxış sayı: 47
- 03 Avqust 2026 23:06
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0
“Rəvan” qış hazırlığı çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, “aslanlar”ın növbəti rəqibi Qusarın “Şahdağ” klubu olub.
“Bayıl Arena”da baş tutan görüş Ramil Əliyevin rəhbərlik etdiyi kollektivin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.
“Rəvan” bu oyunla təlim-məşq toplanışının ilk mərhələsini tamamlayıb. “Sarı-qırmızılıar” hazırlığı Salyan şəhərində davam etdirəcək. Yanvarın 27-dən etibarən Salyan Olimpiya İdman Kompleksinə məskunlaşacaq komanda fevralın 8-də paytaxta dönəcək.
Yoxlama oyunu
25 yanvar
Rəvan – Şahdağ 4:1
Qollar: Anar Həsənov, 20; Əli Bağırov, 38; Amil Yunanov, 52; Vüsal Qarayev, 83.