- Baxış sayı: 43
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanılıb. Allsport.az saytı xəbər verir ki, bu uğura taekvondoçulardan ibarət milli komandamızın üzvü Radik İsayev (+80 kq) yetişib.
Dünya və Avropa çempionumuz bu vəsiqəni Meksikanın paytaxtı təşkil olunan qran-pri turnirində yığdığı reytinq xalı sayəsində təmin edib.
Mexikoda mübarizə aparan dayanq ustamız 1/4 finalda məğlub olsa da, dünya reytinq siyahısında 3-cü pillədə yerini qoruyub. Bununla da təmsilçimiz Rio-2016-da iştirakını təmin edib. Mexikodakı turnirdə hər çəki dərəcəsində 8 ən güclü idmançı iştirak edib.
Beləliklə, ölkəmiz “dördillik”də iştirak üçün lisenziya sayını 28-ə çatdırıb.