- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 128
- May 04, 2026
- 0

“Jilina” Ramil Şeydayevin transfer hüququna yiyələnmək üçün Türkiyənin “Trabzonspor” klubuna müraciət edib. Allsport.az saytı xəbər verir ki, Slovakiya təmsilçisi millimizin üzvünə görə 500 min avro təklif edib, amma qara dənizlilər bundan 4 dəfə artığını istəyiblər.
21 yaşlı hücumçu üçün “bordo-mavililər”ə 2016-cı ilin yayında Rusiya “Zenit”indən gəlib. O, qışda “sarı-yaşıllar”a 1,5 illiyə icarəyə verilib. Həmyerlimiz son mövsüm “Jilina”nın heyətində 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə ilə ölkə çempionluğunu qazanıb.
Ramil Şeydayev “ay-ulduzlular”ımızın Bakıda Şimali İrlandiya yığmasına qarşı matçdan sonra KİV-ə açıqlamasında Slovakiyada qalacağını demişdi.