Rapiddə Rauf Məmmədov güclü oldu

Rapiddə Rauf Məmmədov güclü oldu

Azərbaycan şahmat gederasiyasının gənclər və yeniyetmələr komissiyasının təşkilatçılığı ilə milli komandanın üzvləri, müxtəlif yaş qrupları üzrə ölkə çempionatının mükafatçıları və reytinqi 2200-dən yuxarı olan şahmatçılar arasında növbəti rapid turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, 41 şahmatçının iştirak etdiyi yarış 7 turdan ibarət olub. Qalib adına 6 xal toplayan millinin üzvü Rauf Məmmədov qazanıb. Eyni xala malik Xəzər Babazadə əmsalda 2-ci yerlə kifayətlənib. 5,5 xal toplayan Read Səmədov 3-cü yeri tutub.

Həmin kateqoriyadan